Ermənistandan daha bir etiraf

ermenistandan-daha-bir-etiraf
Oxunma sayı: 642

Anspress-in news.am saytına istinadən verdiyi məlumata görə, bu günlərdə Ermənistanda orta məktəb şagirdləri arasında keçirilən sorğu zamanı məlum olub ki, məktəblilərin 15 faizi bəzən ya əksər vaxt doymurlar. Buna səbəb isə evlərində yeməyin olmamasıdır. Bu sorğunu keçirən isə hər hansısa qeyri-hökumət təşkilatı deyil, Ermənistanın Təhsil və Elm Nazirliyinin özüdür.

Hətta aclığın ucbatından bir çox uşaqlar başağrı, diş ağrıları, hətta qarın ağrısı hallarını hiss edirlər. Həkimlər deyir ki, uşaqların əksəriyyətində ürək döyüntüsü zəifləyib, ürəkbulanması halları qeydə alınıb ki, bu da çox vaxt aclıqdan baş verir.

Məlum olub ki, məktəblilərin böyük əksəriyyəti səhər yeməyini yemir. Bəlkə də yeyə bilmirlər. Bu da öz növbəsində uşaqların psixoloji vəziyyətinə olduqca neqativ təsir göstərir. Sonradan isə bu, həzm sistemində özünü birüzə verir.

Vəziyyətdən çıxmaq üçün Ermənistan Təhsil və Elm Nazirliyi məktəblilərin stabil qidalandırılması ilə bağlı proqram işləməyə başlayır. Nazirlik rəsmiləri düşünür ki, bəlkə bu proqram onların dərdlərinə bir çarə tapacaq.