Ermənistandan itkin düşən azərbaycanlı ilə bağlı - Açıqlama

ermenistandan-itkin-dusen-azerbaycanli-ile-bagli-aciqlama
Oxunma sayı: 636

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, onun yolunu azaraq Ermənistan tərəfə keçməsi ilə bağlı ehtimallara münasibət bildirən qarşı tərəf Azərbaycan vətəndaşı Kərimov Sabir haqqında məlumata sahib olmadıqlarını bildiriblər. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar komissiyanın İşçi qrupunun rəhbəri Armen Kaprielyan açıqlama verib və Azərbaycan vətəndaşının Ermənistan ərazisində olması ilə bağlı hər hansı informasiyaya malik olmadığını qeyd edib.


Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə APA-ya açıqlamasında bildirib ki, artıq bu faktla bağlı Azərbaycanın Dövlət Komissiyası artıq BQXK-ya müraciət edib.

Qeyd edək ki, erməni mətbuatı itkin düşən azərbaycanlının adını Kərimov Sabir deyil, Kərimov Mühit yazıb.