Ermənistandan kəndlərin boşaldılması xəbərinə - - Reaksiya

ermenistandan-kendlerin-bosaldilmasi-xeberine-
Oxunma sayı: 4993


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bildirib ki, atəşkəsi Azərbaycan tərəfi pozub və cavab atəşindən sonra atışma dayanıb. 

Ovannisyan həmçinin əlavə edib ki, bəzi kəndlərdən əhalinin evakuasiya edilməsi ilə bağlı informasiya həqiqəti əks etdirmir.

Qeyd edək ki,  Ermənistanın üç kəndinin boşaldılması, əhalinin evlərindən çıxarılması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. Həmin kəndlərin isə Tavuş rayonunun Ayqepar, Çinan və Nerkin Karmiraxpyur olduğu açıqlanmışdı.