Ermənistandan Türkiyəyə jest

Ermənistandan Türkiyəyə jest
Oxunma sayı: 127

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, muzeyin hazırkı binasına yeni bölmələr əlavə olunacaq. “Hrant Dink” Fondunun reallaşdırdığı “Ermənistan-Türkiyə Jurnalistlərinin Dialoq proqramı” çərçivəsində İrəvana gedən türk jurnalistlər 1915-ci hadisələrində ölənlərin xatirəsinə İrəvanda yaradılan “Soyqırım Muzeyi”ni gəziblər. Türkləri soyqırımla günahlandıran nəşr və fotoşəkillərin çoxluğunu görən jurnalistlər muzey müdiri Hayk Demoyana belə bir sualla müraciət ediblər: “Muzey başdan ayağa türkləri günahlandırır. Halbuki, o illərdə ermənilərə kömək edən minlərlə türk var idi. Niyə bununla əlaqədar heç bir dənə də olsa nümunə yoxdur?”

Muzey müdiri deyib ki, o bu cür türklərin olduğunu bilir. Demoyan növbəti 2 il ərzində muzeyi böyüdəcəklərini və bu türklərin xatirəsinə yeni bölmə açacaqlarını bildirib: “Hətta sizə ermənilərə kömək edən insanlardan üç nümunə çəkə bilərəm. Bunlardan biri, urfalı hakim olub. Ona hətta ermənilərə kömək etdiyi üçün “dinsizlərin vəkili” adı qoyulub. Onun bizdə fotoşəkili var və nümayiş etdirəcəyik. İkincisi Adanadan olub. O, günahsız ermənilərin qabağına keçib deyib ki, əgər onları öldürmək istəyirsinizsə, əvvəlcə məni öldürün. Üçüncüsü də o vaxt Kütahyanın Bələdiyyə başçısıdır. O da çox adamı qoruyub”.

Jurnalistlər idman sahəsində də suallar veriblər. UEFA qrup mərhələsində Azərbaycan, Ermənistan və Türkiyəni eyni mərhələdə yarışarlarsa, ölkələr arasında əlaqələr inkişaf edərmi sualını Ermənistan Milli Məclisi Elm, Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının sədri Artak Davtyan bu cür cavablandırıb: “Təkcə bu 3 ölkə deyil. Rusiya və Gürcüstanı da eyni qrupa qoymaq lazımdır. Futbol oynamağa davam etməliyik. Futbol qapını aça bilmədi, amma araladı”.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi