“Ermənistanın bu addımı təxribat xarakteri daşıyır” - - XİN

ermenistanin-bu-addimi-texribat-xarakteri-dasiyir-
Oxunma sayı: 678


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan XİN-i prezidentlər səviyyəsində bu ilin 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşün fonunda Ermənistanın bu addımının təxribat xarakteri daşıdığını vurğulayıb. XİN mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:

“1993-cü ilin 29 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Zəngilanda heç vaxt ermənilər yaşamamışdır. Bu kimi addımlar bir daha ona dəlalət edir ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini ilhaq etmək siyasətini yürüdür.

İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən bu kimi fəaliyyətin aparılması 1949-cu il Cenevrə Konvesiyası və onun əlavə protokollarına birbaşa ziddir.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il 11 noyabr tarixli 884 saylı qətnaməsində Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi pislənilir və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur”.