Ermənistanın eks-müdafiə naziri də axtarışa verildi

ermenistanin-eks-mudafie-naziri-de-axtarisa-verildi
Oxunma sayı: 1331

Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan axtarışa verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın polis rəisi Valeri Osipyan məlumat verib. 

Osipyanın sözlərinə görə, hüquq-mühafizə orqanları eks-nazirin harada olduğunu bilmir. General-polkovnikin İnterpol xətti ilə də axtarışa verilməsi üçün işlər görülür. 

Qeyd edək ki, Arutyunyan 2008-ci ilin martında ölkənin Konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Xatırladaq ki, söhbət 2008-ci ilin 1-2 mart hadisələrindən gedir. O zaman prezident seçkilərindən sonra ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanın tərəfdarları MSK-nın nəticələrini tanımayaraq küçələrə çıxmışdılar. Nümayişçilərə qarşı döyüş silahları istifadə edilmiş, 10 nəfər ölmüşdü.