“Ermənistanın Gömrük İttifaqına qəbuluna heç bir maneə yoxdur”

ermenistanin-gomruk-ittifaqina-qebuluna-hec-bir-manee-yoxdur
Oxunma sayı: 1413


“Qafqazinfo” xəbər verir ki, Musavat.com-un erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan hakim partiyanın gənclər qanadının toplantısında söyləyib.

Sərkisyan Astana sammiti zamanı Qazaxıstan prezidenti Nursultan Nazarbayevin prezident İlham Əliyevin məktubu ilə bağlı söylədiklərinə də nəhayət, üstündən bir neçə gün keçəndən sonra reaksiya verib. Sitat: “Nazarbayevin bəyanatına gəlincə, birincisi, apriori sərhədlər haqda danışmaq yanlışdır. Hansı sərhədlərdən söhbət gedir? Gömrük İttifaqı Qarabağ problemini həll eləmir. Kim deyir ki, biz Gömrük İttifaqına Qarabağla birgə daxil oluruq? Belə şey olmayıb, ola bilməz. Çünki Qarabağ ən azından bizim qanunvericiliyə və təsəvvürlərimizə görə, bu gün Ermənistanın tərkibinə daxil deyil. Ancaq Gömrük İttifaqına üzvlüyün Dağlıq Qarabağ məsələsinin həllinə yardımçı olacağı – bəli, bu birmənalıdır. Əlbəttə ki, Nazarbayevin bəyanatı xoşagələn deyildi, ancaq onun bizə hər hansı ziyanı da ola bilməz.