“Ermənistanın hay-küyü yersizdir”- - Fuad Muradov

ermenistanin-hay-kuyu-yersizdir-
Oxunma sayı: 1431


"Qafqazinfo" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fuad Muradov Minsk Qrupunun ABŞ-dan olan həmsədrinin açıqlamasını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Ermənistan heç vaxt beynəlxalq müşahidəçilərin missiyasına ciddi önəm verməyib. “Ermənilər üçün Uolrikin açıqlaması sadəcə status-kvonu uzatmaq üçün bir bəhanədir. Fikirmcə, bundan sonra digər iki həmsədr də regionda baş verən son hadisələri nəzərə alaraq mövqelərinə aydınlıq gətirəcəklər”.

Hazırkı mürəkkəb geosiayasi vəziyyətdə rəsmi Bakının tutduğu mövqeyin doğru olduğunu bildirən deputat vurğulayıb ki, prezident İlham Əliyevin əsas hədəfi Azərbaycanın heç bir kənar maraqlardan asılı olmayaraq müstəqil siyasət yürütməsi və güclənməsidir.

«İndiki məqamda Azərbaycan düzgün mövqe tutub. Hesab edirəm ki, bu gün Azərbaycanda aparılan siyasətin əsas istiqamətlərindən biri ölkəni gücləndirmək və regionda marağı olan ölkələrlə münasibətdə tarazlığı qorumaqdır”- deyə F.Muradov vurğulayıb.