Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı həbs edilib

ermenistanin-milli-tehlukesizlik-xidmetinin-emekdasi-hebs-edilib
Oxunma sayı: 636

Bu barədə Trend “Armenia Today” saytına istinadən yazır.

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, məhkəmə ilkin istintaq orqanlarının Armen Ter-Minasyana qarşı irəli sürdükləri ilkin istintaq qərarını əsaslı hesab edib. Belə ki, o, “ArmenTel” şirkətinin iqtisadi təhlükəsizlik bölməsinin əməkdaşından keçmiş MTX işçisinin qanunsuz telefon bağlantısını həyata keçirməsinə dair informasiyanı alaraq sonradan ondan bu barədə qanunla müəyyən edilmiş qaydada tədbir görülməməsi üçün əvvəlcə 5 min, daha sonra isə 3 min dollar tələb edib.

Bu arada sonuncu Baş Mütəşəkkil Cinayətkarla Mübarizə İdarəsinə müraciət edərək, sövdələşmənin bütün detalları barədə ətraflı məlumat verib. O, idarədən rüşvət verilməsi üçün nəzərdə tutulmuş nömrələnmiş əskinaslar alıb. MTX əməkdaşı ilə Ter-Minasyan arasındakı görüş və rüşvətin verilməsi prosesi gizli kamera ilə lentə alınıb.