Ermənistanın Müdafiə naziri də istefaya gedir?

ermenistanin-mudafie-naziri-de-istefaya-gedir
Oxunma sayı: 1087

Ermənistanın Müdafiə naziri David Tonoyan günlərdir istefa edəcəyi haqqında yayılmış məlumatlara münasibət bildirib.

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, o, parlamentdə jurnalistlərə açıqlamasında gedişinin mümkün olması barədə şayiələri təkzib edib.

“Xeyr, belə şey yoxdur”, -deyə Tonoyan bəyan edib.

Onun sözlərinə görə, Baş Nazir Nikol Paşinyanla belə bir müzakirə nə təklikdə, nə də ötən gün baş tutan Təhlükəsizlik Şurasının iclasında olmayıb.

“Mənimlə Nikol Paşinyan arasında fikir ayrılığı yoxdur. İş “sinxron” üzrə gedir”, - deyə Müdafiə naziri qeyd edib.

Xatırladaq ki, sentyabrın 16-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan, sentyabrın 17-də isə Ermənistan polisinin rəisi Valeri Osipyan istefa verib.