Ermənistanın müdafiə naziri Kəlbəcərdəki atışmadan danışıb

ermenistanin-mudafie-naziri-kelbecerdeki-atismadan-danisib
Oxunma sayı: 2006


“Qafqazinfo” “mediaforum”a istinadən xəbər verir ki, Yexeqnadzorda, 4-cü ordu korpusunun yaradılmasının 17-ci ildönümü ilə bağlı paradda çıxış edən nazir ad çəkməyib.

Aysor.am saytının məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin sözçüsü azərbaycanlı diversantla atışma zamanı ordunun 42 yaşlı mayoru Sərkis Abramyanın həlak olduğunu, 37 yaşlı qadın Karine Davtyanın yaralandığını açıqlayıb. Nə işin sahibi olduğu haqda bilgi verilməyən Karine Davtyanın Yerevanın “Muratsan” hospitalına yerləşdirildiyi, səhhətinin sabit ağır olduğu qeyd edilir.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Azərbaycanın 8 şəhər və rayonu – Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayıl bütünlüklə işğal olunub. Keçmiş Ağdərə rayonunun, Ağdamın, Füzulinin, Xocavəndin böyük hissəsi işğaldadır. Qazax rayonunun 7 kəndi, Naxçıvan Muxtar Respublikasının 1 kəndi zəbt olunub.