Ermənistanın müdafiə nazirinin müavinləri istefa verdi

ermenistanin-mudafie-nazirinin-muavinleri-istefa-verdi
Oxunma sayı: 1679

Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan istefa verib.

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən məlumatına görə, bu barədə o, “Facebook” səhifəsində yazıb: “Mən Ermənistanın müdafiə nazirinin müavini vəzifəmdən istefa vermək qərarına gəldim. Çünki mənim komandam bundan sonra müxalif rolunda olacaq. Düşünürəm ki, yeni müavini baş nazir seçməlidir”.

Zakaryann ardınca isə müdafiə nazirinin daha bir müavini – Artak Davtyan, baş hərbi inspektor Mikael Arutyunyan  da istefaya gedib. 

Qeyd edək ki, Nikol Paşinyan bu gün Ermənistanın baş naziri seçilib. 

Nuranə