“Ermənistanın qəhrəmanları, generalları və ordusu oğrulardır” - İlham Əliyev

“Ermənistanın qəhrəmanları, generalları və ordusu oğrulardır”
Oxunma sayı: 2183

“Ermənistanda kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət tam iflasa uğradı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib:

“Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham eləmişdim. Demişdim ki, bu, kriminal xunta, korrupsiyaya qurşanmış, oğru, xalqının qanını içən rejimdir. İndi bunu erməni xalqı deyir”.

İ.Əliyev biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejiminin əslində Ermənistanın dövlətçiliyinin iflası olduğunu da vurğulayıb:

“Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, generalları oğrulardır. Ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir”.

Prezident sözlərinə əlavə edib ki, münaqişəsin həlli üçün əsas BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunub:

“Qəbul olunmuş sənədlər Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistanın yeni hökumətinin konstruktiv mövqeyinə ümid edirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi