Ermənistanın Qərargah rəisi müavininin oğlu qəzada ölüb

ermenistanin-qerargah-reisi-muavininin-oglu-qezada-olub
Oxunma sayı: 1000

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyanın oğlu Robert yol qəzasında ölüb.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında baş verib. Generalın oğlunun idarə etdiyi “Kia Sorento” markalı avtomobil yoldan çıxaraq çaya aşıb. 

Ermənistan İstintaq Komitəsi qəzanın hansı şəraitdə baş verməsini araşdırır.