Ermənistanın ''Toydan sonra nağara'' şousu- - Video

ermenistanin-toydan-sonra-nagara-sousu-
Oxunma sayı: 7533



Bu sözləri iyunun 28-də Yerevanın "Erebuni" hava limanında keçirilən Ermənistan hərbi hava qüvvələrinin paradında müdafiə naziri S.Ohanyan deyib.

Azərbaycanda keçirilən hərbi paraddan sonra təşvişə düşən Ermənistan rəhbərliyi ilk öncə bu parada o qədər də əhəmiyyət vermədiklərini desələr də 2 gün sonra özləri buna cavab olaraq "Ermənistan hərbi hava qüvvələrinin hava müdafiəsi üzrə radio-elektron bölmələrinin yaradılmasının 21 illiyi münasibətilə parad keçirmək qərarına gəldilər.

Heç də təntənəli olmayan bu parad əslində iyun ayının 26-da Bakıda kecirilən hərbi parada qarşı cavab xarakteri daşıyırdı.

S.Ohanyan əslində 2 gün bundan öncə deyə bilmədiklərini indi demək üçün bu kiçik şounu təşkil edib.
Bakıda keçirilən hərbi paradda İlham Əliyevin bəyənatına münasibətini bildirən S.Ohanyan müxbirlərə demişdir "Bu cür bəyənatlar həmişə daxili siyasi məsələlərin həllinə və danışıqlar prosesində birtərəfli uğur əldə etməyə yönəldilir.Aramızdakı həll olunmamış problemlərin həllində bir platforma kimi bizi birtərəfli güzəştə getməyə məcbur etməkdir".

"İkinci dəfə müharibəyə cəlb olunmaq istəmirik.Birinci dəfə məcburi olaraq cəlb edildik və Artsax xalqının və ətraf sərhəd rayonlarının təhlükəsizliyinə nail olduq.Bu gün bizi birtərəfli güzəştə getməyə məcbur etmək mümkün düyil.Biz həmişə çıxış edirik ki,məsələ siyasi yolla,sülh və qarşılıqlı anlaşma şəraitində olsun.
Yaxın gələcəkdə bizim hərbi-hava qüvvələrimizdə əlavə artım olacaq.Bu bizim yaxın strateji ortağımız və dostumuz Rusiya Federasiyası ilə olan hərbi-texniki əməkdaşlıq çərçivəsində reallaşacaq.

Ermənistanın hərbi-hava qüvvələri gündən-günə yeniləşir.Bizdə olan vasitələr imkan verir ki,bütün ümumi sistemlərə, bütün hava yollarına və strateji təpələrə nəzarət etsin. Bizim radio-elektron müdafiə bölmələri bütün təhlükələri dəf etməyə və dağıtmağa qadirdi."

Rusiyanın Azərbaycana hərbi-texnika verilməsinə də toxunan Ohanyan demişdir :" Sirr deyilki,bu gün biz Azərbaycan tərəfindən elan olunmuş silahlanma yarışı vəziyyətindəyik.Amma bizim üçün silahlar say baxımından önəmli deyil , keyfiyyət baxımından önəmlidir.Silahların yüksək dəqiqliyi və uzaqməsafəli olması bizim üçün vacibdir.Rusiya ilə Ermənistanın münasibətləri çox yüksək səviyyədədir və biz qüvvələr balansını keyfiyyət baxımından qorumaq vəziyyətindəyik"

Rusiyaya arxalanaraq Ohanyanın bu kimi sərsəm bəyanatları əslində "Toydan sonra nağara" məsələsini xatırladır.Əslində isə belə bəyanatlar öz xalqını çaşdırmaqdan başqa bir şey deyil.


Tanrıverdi İsmayıl
BDU-nun Erməni araşdırmaları ETL-nın böyük elmi işçisi