Ermənistanla Azərbaycan arasında bayraq qalmaqalı - Video

ermenistanla-azerbaycan-arasinda-bayraq-qalmaqali-video
Oxunma sayı: 681

“Qafqazinfo” SalamNews-a istinadən xəbər verir ki, yarışda Azərbaycan idmançıları iştirak etdiyi üçün ölkəmizin bayrağı orada dalğalandırılıb. Azərbaycanın adı olan lövhəni afrikalı qız tutub. Lakin digər ölkələrin adı yazılan lövhəni erməni qızlar tutublar. Azərbaycan bayrağı açılış mərasimində dalğalanan zaman fitə basılıb.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov məsələyə münasibət bildirərək, bunu xoşagəlməz hal adlandırıb: "Bu xəbəri sizdən öyrəndik və bu barədə demək istəyirəm ki, bu heç də yaxşı əlamət deyil. Biz Bakıda keçirilən bütün idman tədbirlərinə həssaslıqla yanaşırıq və həmin tədbirlərdə erməni idmançıları yer alırsa, onların da tam təhlükəsizliyini təmin edirik. Bu xoşagəlməz hal ilə bağlı etirazımızı bildirəcəyik".