Erotik klip çəkdirmişdi... - Misirli müğənniyə 2 illik həbs

erotik-klip-cekdirmisdi
Oxunma sayı: 4314

Misir Məhkəməsi klipində erotik səhnələrə yer verən müğənni Şaima Əhməd barədə qərarını açıqlayıb. 

“Qafqazinfo” xəbər verir ki, “Şyma” ləqəbi ilə tanınan 25 yaşlı ifaçının cəzası bəlli olub. O, “Əxlaqsızlıq və açıq-saçıq film yayımlamaq” günahı ilə ittiham olunaraq 2 il azadlıqdan məhrum olunub. 

Qeyd edək ki, “Mənim problemlərim var” adlı klip ötən ay yayımlanmışdı və tənqidlərə məruz qalmışdı. Sənətçi hər kəsdən üzr istəmiş, daha sonra Misir polisi tərəfindən saxlanılmışdı.