“Erotikanı həyasızlıqdan ayıra bilməyənlər…”

erotikani-heyasizliqdan-ayira-bilmeyenler
Oxunma sayı: 6617

Tez-tez açıq-saçıq geyimləri və fotosessiyaları ilə gündəmə gələn Dilarə Kazımova onu tənqid edənlərə cavab verib. “Qafqazinfo” xəbər verir ki, müğənni instaqram səhifəsində həmin şəxslərin xoşbəxt olmadıqları üçün belə addım atdıqlarını bildirib:

“Erotikanı həyasızlıqdan, cazibədarlığı vulqarlıqdan, sənəti isə baltadan ayıra bilməyənlər, yan keçən küləklə birlikdə sağ olun. Anlayıram ki, həyatınızda xoşbəxtlik sözündən “x” hərfi də yoxdur, amma onu elə boz qapıların arxasında saxlayın. İnsanların rənglərlə dolu həyatına onsuz “bozluq” qatmaq olmayacaq. Amma adekvat və səmimi insanlar, bəyənənlər və bəyənmiyənlər...

Sənətimi, sənətimdə atdığım hər addımı, səsimi, şəkillərimi müzakirə etməyə hər zaman hazıram. Məni sevənlərin, ordunun gündən-günə işıq sürəti ilə çoxalmasını görürəm və buna sozsuz xəşbəxtəm. Öz tərəfimdən isə söyləmək istəyirəm: sizin hamınızı çox istəyirəm”.