Ərzağın qiyməti 20 faiz artıb

erzagin-qiymeti-20-faiz-artib
Oxunma sayı: 649

Dünya Bankının bu hesabatının açıqlanması “Böyük 20-lər”in Fransanın Kan şəhərindəki sammitindən əvvələ təsadüf edir. Hesabatda deyilir ki, ərzaq qiymətləri ilə bağlı indeks bu ilin fevral ayında pik həddə çatmış göstərici ilə müqayisədə 5 faiz aşağı düşüb.

Amma yenə də ərzağın qiyməti ötən ilin sentyabr ayı ilə müqayisədə 19 faiz yüksəkdir.
Bildirilir ki, buğdanın qiyməti Burundi, Belarus və Pakistanda 10 faiz qalxıb. Əksinə, Amerika və El Salvadorda yerli bazarlarda qiymətlər bu qədər enib. Həmçinin, ətin qiyməti Çində və Mərkəzi Asiyada 50 faizə qədər artıb.

Afrika buynuzunda davam edən böhran 13.3 milyon əhalinin yaşayışına təsir etməkdədir.

Somalidə aclıq davam etməkdədir. Bu ölkədə humanitar böhranla üzləşən insanların sayı 4 milyon nəfərə çatıb, əgər zəruri tədbirlər görülməsə, qarşıdakı dörd ay ərzində 750 000 adamın aclıqdan ölmək təhlükəsi var.

Azadlıq Radiosu