Ərzaq, içki və tütün üçün 11 milyard xərclənib

erzaq-icki-ve-tutun-ucun-11-milyard-xerclenib
Oxunma sayı: 882

2017-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,0 faiz üstələyərək 21,7 milyard manata bərabər olub. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət statistika Komitəsinin hesablamalarına görə, ticarət dövriyyəsinin 11,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,8 faiz üstələyib. 

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.