Ərzaq məhsulları oğruları tutuldu

erzaq-mehsullari-ogrulari-tutuldu
Oxunma sayı: 642

Dekabrın 27-si saat 14:00 radələrində Ş.Mehdiyev küçəsində yerləşən idman klubunun qarşısından inşaat materialları oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Mürsəl Bəndəliyev və Şahmurad Xasməmmədov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulublar.

Dekabrın 27-nə keçən gecə Bül-bülə qəsəbəsində yerləşən, Ruslan Xamayevə məxsus mağazandan qapının qıfılını sındırma yolu ilə ərzaq malları oğurlayan Bakı şəhər sakini Aydın Tağızadə və Sumqayıt şəhər sakini Anar Məmmədov Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən tutulublar. Məlum olub ki, onlar iyunun 28-nə keçən gecə Bül-bülə qəsəbəsində Tofiq Əhmədova və noyabrın 26-da Fikrət Abbasova məxsus mağazadan da oğurluq ediblər.

Dekabrın 27-si saat 20:00 radələrində Bakı – Mərdəkan yolunda Əmrah Məmmədov idarə etdiyi «Mersedes» markalı avtomaşınla Nəcimə Səmədovanı vurub, piyada xəstəxanaya aparılarkən yolda ölüb.