Ərzaq məhsullarının bahalaşması haqda açıqlama

erzaq-mehsullarinin-bahalasmasi-haqda-aciqlama
Oxunma sayı: 2583

2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.

Ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.