Ərzaq oğruları tutulub

erzaq-ogrulari-tutulub
Oxunma sayı: 656

Mayın 24-nə keçən gecə Bakı şəhər sakini Səkinə Bədirovaya məxsus R.Rüstəm küçəsində yerləşən tədris mərkəzindən qapını sındırma yolu ilə 350 manat, 2 ədəd kompyuter və 1 ədəd prosessor oğurlanmışdır. Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Keşlə qəsəbə sakini Arif Əliyev mayın 25-də yaxalanmışdır.

***

Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan ŞPŞ tərəfindən AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Səbuhi Vəliyev mayın 25-də yaxalanmışdır.

***

Aprelin 21-də 86 saylı avtobusda Bakı şəhər sakini Ağdəst Məmmədovanın çantasından 101 manat və mobil telefon oğurlanmışdır. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elşad Hüseynov mayın 25-də yaxalanmışdır.

***

Martın 9-na keçən gecə Bakı şəhər sakini Zemfira Əliyevaya məxsus Azadlıq prospektində yerləşən mağazadan pəncərədən keçmə yolu ilə 700 manat və şirniyyat məmulatları oğurlanmışdır. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Dmitriy Xaritonov mayın 25-də yaxalanmışdır.

***

Mayın 7-nə keçən gecə Bakı şəhər sakini Ahtəm Nağıyevə məxsus Naxçıvanski küçəsində yerləşən mağazadan qıfılı sındırma yolu ilə ərzaq məhsulları oğurlanmışdır. Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ziya Baqauddinov, Murad Paşazadə, Arif Əliyev və Natiq Hacıyev mayın 25-də yaxalanmışlar.