Ərzaqları soyuducuda saxlamağın qaydaları - Bunları hamı bilməli

erzaqlari-soyuducuda-saxlamagin-qaydalari
Oxunma sayı: 3678

Həftəlik alış-veriş edərkən alınan məhsulların bir çoxunu soyuducuda saxlayırıq.  Həm israfı azaltmaq, həm ərzaqların qidalılıq dəyərini qorumaq, həm də sağlamlığımız üçün soyuducunun həyatımızdakı rolu böyükdür.

“Qafqazinfo” Medicina.az-a istinadən xəbər verir ki, ərzaqların təmizliyindən tutmuş yerləşdirilməsinə qədər soyuducudan istifadənin bir sıra qaydaları mövcuddur.

- Soyuducunun təmizliyi sağlamlıq baxımından çox əhəmiyyətlidir. Bunun üçün sirkədən istifadə etmək olar. 1 litr suya 1 x/q sirkə tökərək alınan məhlul ilə soyuducunun içərisini silin. Quruduqdan sonra ərzaqları rəflərə yerləşdirə bilərsiniz.

- Səhər yeməyi üçün nəzərdə yuyulan ərzaqlar gigiyenik cəhətdən soyuducunun ən üst rəfində saxlanılmalıdır. Əks halda paketli qidaların paketlərindən və ya meyvə-tərəvəzdən düşən hissəciklər alt rəfdə yerləşən ərzaqlara bakteriya hopa bilər. Dondurucusu aşağıda yerləşən soyuducularada pendir və yağ kimi ərzaqları da ən üst qata qoyulmalıdır.

- İkinci rəfə əsasən bişirilmiş yeməklər qoyulmalıdır. Yeməklər streçlənməli və bir-birlərinə təmas etməməlidirlər. Qızdırılaraq dərhal istifadə edilən qidalar digər çiy qidalara nisbətən daha təhlükəli hesab edilirlər.

- Çiy ət, qatıq kimi qidalar ağzı bağlı şəkildə, bir-birinə təmas etmədən üçüncü qata qoyula bilər. Toyuq və balıq da şüşə qablarda ağzı bağlı şəkildə bu qata yerləşdirilməlidir.

- Ən alt rəfə isə meyvə-tərəvəz kimi qidalar qoyulmalıdır. Ancaq meyvə-tərəvəzlər sellofan torbalardan  çıxarılmalıdır. Edilən ən böyük xətalardan biri də budur. İslaq olduqları təqdirdə onları mütləq qurulayın. Buna görə də ən yaxşısı meyvə tərəvəzlərin yuyulub qurudularaq soyuducuya yerləşdirilməsidir.

Ərzaqlar dondurulduqda içərisində olan bakteriyalar da donur. Yəni ölmürlər. Əridildikdə isə həmin bakteriyalar yenidən aktivləşməyə başlayır. Bu səbəbdən də qidaların soyuducuda nə qədər qaldığı müddət çox əhəmiyyətlidir. Çünki vaxt keçdikcə qidaların keyfiyyəti dəyişməyə başlayır.  Hər hansı bir çiy tərəvəz dondurucuda 1 ilədək saxlandığı halda, bişirilərək dondurulan tərəvəzlər ən çox 2-3 ay qalır. Əridildikdən sonra isə dərhal istifadə edilməlidir. Balıq dondurucuda 2-3 ay, çiy ət ya da çiy ətdən hazırlanmış qiymə isə 9-12 ay arası qala bilər.

Ətlərin buzunu açmaq üçün onları dondurucudan çıxarıb soyuducuya qoyun. Bu zaman ətləri suya qoyaraq kənarda əritmək düzgün deyil. Çünki donmuş ətin buzu əriyərək tezliklə xarab ola bilər. Bu səbəbdən də ət, toyuq kimi riskli ərzaqları hər hansı bir müdaxilə olmadan soyuducuda əritmək lazımdır. Ancaq tərəvəzlərin isti və ya soyuq suda əridilməsi mümkündür. Birbaşa yeməyə qatılaraq və ya düz səthə yayılaraq da əridilə bilər. Dondurucudan çıxarılan məhsulları yenidən dondurmaq olmaz.

Yumurta zülal ilə zəngin olduğu üçün xarab olmağa meyilli olan məhsullardandır. Buna görə də onları yuyaraq soyuducuya yerləşdirmək olmaz. Bu zaman onun tərkibində  salmonella mikrobları onu qabığında olan məsamələrdən içəri girərək çoxalıb xəstəliyə səbəb ola bilər. Bu səbəbdən də yumurtalara hətta nəm olsa belə onları dəsmalla silərək soyuducuya yerləşdirin.

Soyuducuya qoyulmayan tərəvəzlərə soğan, sarımsaq və kartof aiddir. Çünki bu tərəvəzlər nəmin təsiri ilə tez cücərirlər.  Pomidoru da soyuducuya qoymayın. Meyvələrdən banan, avakado, portağal və almanı də soyuducuya qoymaq olmaz. Meyvə və tərəvəzlər yaxşı olardı ki, ən çox 2 həftə ərzində istifadə edilsin.

Un, qəhvə, ədviyyatlar də nəm mühiti sevmədiyi üçün soyuducuda saxlanılmamalıdır. Bir çoxları ədviyyatların kiflənməməsi üçün soyuducuda saxlanılmasının lazım olduğunu düşünürlər. Lakin bu yalnış fikirdir. Əksinə olaraq nəm mühitdə aflatoksin ifraz edən mikroorqanzimlərin çoxalması sürətlənir.

Həmçinin də  zeytun yağı, mürəbbə və bal da soyuducuya qoyulmamalıdır.