“Əş-Şəbab” terrorçularının maşını partladı, 10-u öldü

es-sebab-terrorcularinin-masini-partladi-10-u-oldu
Oxunma sayı: 705

Somalinin cənubundakı Gedo bölgəsində terror təşkilatı “Əş-Şəbab” üzvlərini daşıyan avtomobilin partlaması nəticəsində 10 terrorçu ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri bomba yüklənmiş avtomobilin Afrika Birliyi Somali Missiyasına bağlı hərbi düşərgəyə gedərkən hərəkət halında partladığını bildirib.