ƏSA son premyerasına hazırlaşır

esa-son-premyerasina-hazirlasir
Oxunma sayı: 1019

ƏSA Teatrı mövsümün son premyerasına hazırlaşır. “Qafqazinfo” xəbər verir ki,  nümayiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinəbayram hədiyyəsi olaraq hazırlanıb.

Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 7 iyulda Akademik Opera və Balet Teatrında nümayiş olunacaq. 

“Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir. Menecer qeyd edib ki, tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri ilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər.