“Əsas odur ki, “Qarabağ”ı udduq” - Rusiya klubunun çalışdırıcısı

esas-odur-ki-qarabagi-udduq
Oxunma sayı: 638

Rusiyanın “Axmat” klubunun baş məşqçisi Oleq Kononov “Qarabağ”la Avstriyada keçirilən yoxlama oyunu haqda danışıb. “Qafqazinfo” xəbər verir ki, belaruslu mütəxəssis klubunun rəsmi saytına açıqlamasında Ağdam təmsilçisini güclü rəqib adlandırıb:

"Əsas odur ki, “Qarabağ”a qalib gəldik. Rəqibimiz güclü komanda idi. Çempionlar Liqasında oynayacaqlar, Azərbaycan çempionudurlar. Oyunla bağlı planlarımız var idi. Əsas heyətin bütün üzvləri toplanışda iştirak edə bilmirdi. Toplanışda əvvəldən iştirak edən futbolçulara əsasən şans verdik”.

Xatırladaq ki, “Axmat” “Qarabağ”a sona 2 dəqiqə qalmış braziliyalı yeni transferi Ravanellinin debüt oyununda vurduğu qolla 1:0 hesabı ilə qalib gəlib.