Əsəb dispanserindən 4 gün əvvəl qaçıb... - Meyiti tapıldı

eseb-dispanserinden-4-gun-evvel-qacib
Oxunma sayı: 2229

Noyabrın 18-də 2 nömrəli Psixi əsəb dispanserindən qaçan şəxsin meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qaçdığı üçün axtarışa verilən Məmmədov Fuad Səlim oğlunun cəsədi noyabrın 21-də Səbail rayonu Qazolin küçəsində tapılıb. O, qaçandan sonra bir neçə gün tüfeyli həyat tərzi sürüb.

Meyiti üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Murad Əhməd