Əsəd ailəsinin qaça biləcəyi ölkələr açıqlandı

esed-ailesinin-qaca-bileceyi-olkeler-aciqlandi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, İsrailin “Haaretz” qəzeti iddia edir ki, Bəşər Əsəd Şamı tərk etmək məcburiyyətində qalacağı halda ailəsi və köməkçiləri üçün Latın amerikası ölkələrindən siyasi sığınacaq tələb edib.

Suriya XİN-nin köməkçisi Faysal Mikdad ötən həftə Kuba, Venesuela və Ekvadora gedərək görüşlər keçirib və bu ölkələrin liderlərindən Əsədə məktublar gətirib.

Anonim mənbələrdən biri “Haaretz”ə açıqlamasında Suriyanın tələbinin nə olduğunu söyləməyib. Lakin Venesuela XİN-dən “El Universal” qəzetinə verilən açıqlamada bildirilir ki, Mikdadın prezident Huqo Çavezə məktub gətirdiyi doğrudur.