Əsəd əsgərlərini Afrinə göndərir - PKK ilə anlaşdı

esed-esgerlerini-afrine-gonderir
Oxunma sayı: 2838

Suriyada prezident Bəşər Əsədə bağlı güclər bir neçə saat ərzində Afrinə daxil olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb. 

Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Afrində 70-dən çox məntəqəni ələ keçirməsindən sonra böyük itki verən PKK-ya ilk dəstək Əsəd rejimindən gəlib. Əsədin əsgərləri YPG terrorçularına dəstək olmaq üçün bir neçə saata Afrinə daxil olacaqlar. 

Bəşər Əsəd Türkiyənin Suriyada təsir dairəsini əngəlləmək üçün YPG ilə sazişə gedib.