Əsəd orudusu 2 həftəyə 600 nəfər öldürüb

esed-orudusu-2-hefteye-600-nefer-oldurub
Oxunma sayı: 1160

Əsədə bağlı qüvvələrin Şərqi Quta rayonuna endirdiyi hava zərbələri və hücumlar nəticəsində 600-ə yaxın insan həlak olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya böhranı üzrə BMT-nin humanitar yardım koordinatoru Panos Moumtsis bildirib.

P.Moumtsis sözlərinə görə hücumlar zamanı 2 mindən artıq insan isə yaralanıb. O, dekabrdan başlayaraq yaşadıqları yeri tək edənlərin sayı 385 minə çatdığı vurğulayıb.

Qeyd edək ki, fevralın 24-ü BMT Təhlükəsizlik Şurası yekdilliklə Suriyada 30 günlük atəşkəs rejiminin tətbiq olunması və ölkədə gələcəkdə humanitar əməliyyatların keçirilməsi barədə qətnamə qəbul edib. Sənəd bütün tərəfləri "yubanmadan toqquşmaları dayandırmağa" və bütün Suriya ərazisində ən azı 30 gün uzun müddətli humanitar fasilənin təmin edilməsinə sadiq olmağı tələb edir.