Əsəd rejimi Şərqi Qutanı bombaladı - 32 dinc sakin öldü

esed-rejimi-serqi-qutani-bombaladi
Oxunma sayı: 1468

Suriyada Bəşər Əsədə bağlı qüvvələr ​Şərqi Quta bölgəsini bombalayıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Dumada 17, Keferbatnada 2, Hamuriyədə 2, Harestada 4, Sakbada 2, Arbində 2, Afterisdə 1 və Beyt Savada 2 nəfər olmaqla ümumilikdə 32 dinc sakin həlak olub. 

Suriya Milli Müdafiə Mərkəzinin məlumatına görə, rejimin hava hücumları nəticəsində 6 gündə ölənlərin sayı 389-a yüksəlib. Eləcə də 22 tibb ocağı, 1 məscid və 1 yetimxana dağıdılıb.

Qeyd edək ki, Şərqi Qutada təxminən 400 min insan yaşayır.