Əsəd rejimindən Şərqi Qutaya kimyəvi silah hücumu, 88 ölü - Video

esed-rejiminden-serqi-qutaya-kimyevi-silah-hucumu-88-olu
Oxunma sayı: 1502

Suriyada Bəşər Əsəd rejimi və Rusiya döyüş təyyarələrinin Şərqi Qutanı bombalaması nəticəsində 88 nəfər ölüb. 

“Qafqazinfo” xəbər verir ki, hücum zamanı xlor tərkibli kimyəvi silahdan istifadə edildiyi bildirilir. Əksəriyyəti qadın və uşaq olmaqla 30 mülki vətəndaş qazdan zəhərlənib. 

Şərqi Qutaya yola düşən BMT-nin humanitar yardım korteji bombardmana görə yardımı tamamilə təslim etmədən geri qayıtmağa məcbur olub.

Əsəd rejimi sonuncu dəfə BMT TŞ-nin bir aylıq atəşkəs qərarı aldığı günün səhərisi, ötən bazar günü Şərqi Qutada kimyəvi silahdan istifadə etmişdi.