Əsədə qarşı vuruşan çeçenlərin Azərbaycandan keçdiyi iddia olunur

esede-qarsi-vurusan-cecenlerin-azerbaycandan-kecdiyi-iddia-olunur
Oxunma sayı: 634

“Qafqazinfo”nun “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu yaxınlarda çeçen terrorçularından ibarət növbəti qrup Türkiyə ərazisindən Suriyaya daxil olub. İran mətbuatının yazdığına əsasən, Suriyada hərbi konfliktlərin başladığı ilk vaxtlardan bəri çeçen terrorçuları silahlı müxalifətin sıralarını dolduran ilk əcnəbi muzdluların cərgəsində yer alıblar.

Məqalədə həmçinin Suriyaya göndərilən döyüşçülərin Türkiyə, Azərbaycan, Gürcüstan və Böyük Britaniya ərazilərindən istifadə etdikləri qeyd olunub.

Daha əvvəl bu ölkənin ordu nümayəndələri silahlı müxalifətin əsasını Liviya, Qətər, Səudiyyə ərəbistanı, Əfqanıstan və Çeçenistandan gələn döyüşçülər təşkil edir.

İran KİV-nin iddiasına görə, Suriyaya döyüşçülərin göndərilməsi və onların hazırlıqları ilə “Əl Qaidə” təşkilatı məşğul olur.