Əsgərimiz intihar etdi

esgerimiz-intihar-etdi
Oxunma sayı: 657

Dünən Qazax rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində əsgər özünü asıb. 7GUN.AZ-a verilən məlumata görə,bu ilin yanvar ayında Sabirabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Kazımov Şamil İsmayıl oğlunun intihar etməsinin səbəbi bəlli deyil. Mərhum bu gün səhər saatlarında rayonun Şəhidlər Xiyabanında dəfn olunub. Məlumata görə, əsgər Sərhəd Qoşunlarında qulluq edirmiş.