Əsgərimiz təlimdə yaralandı

esgerimiz-telimde-yaralandi
Oxunma sayı: 642

Daxili Qoşunların mətbuat xidmətinin rəisi Təranə Məmmədova Trend-ə bildirib ki, Müşfiq qəsəbəsi ərazisində yerləşən Atəş Təlim Mərkəzində təlim zamanı Daxil Qoşunların əsgəri 19 yaşlı Elxan Şərifxan oğlu Əliyev xidməti silahı ilə ehtiyatsız davranması nəticəsində yaralanıb.

Əsgər hospitala yerləşdirilib və əməliyyat olunub, vəziyyəti stabildir.

O, 2010-cu ildə Siyəzən rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırma aparılır.