Əsgərimiz yaralandı

esgerimiz-yaralandi
Oxunma sayı: 643

Müdafiə Nazirliyinin mətbuat xidmətin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Ordumuzun əsgəri, 1992-ci il təvəllüdlü Telman Əlişah oğlu Seyfullayev düşmən gülləsinə tuş gəlib. Nəticədə budundan güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Seyfullayev 2010-cu ilin iyulunda Şabran Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.