“Əsgərin ölümü ilə bağlı istintaq tədbirləri davam etdirilir”

esgerin-olumu-ile-bagli-istintaq-tedbirleri-davam-etdirilir
Oxunma sayı: 3658

Baş prokuror Zakir Qaralov oğlu ölən əsgər atasını qəbul edib.

Bunu “Qafqazinfo” sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov təsdiqləyib. O bildirib ki, əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilovun avqustun 13-də Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilib.

E.Sultanov əlavə olaraq bildirib ki, hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.