Əsgərlərimiz 15 günə qayıdır- - Video

esgerlerimiz-15-gune-qayidir-
Oxunma sayı: 998


Sərxan Tahirzadə və Elvin Əsgərov Atatürk Eyitim və Araşdırma xəstəxanasında, Ədalət Məmmədov isə Ankara xəstəxanasında VİP palatalarda müalicəsini davam etdirir. 19 yaşlı Sərxan Tahirzadənin hər iki ayağı amputasiya edilib. Ağdam istiqamətində gedən döyüşlərdə yaralandığını söyləyən əsgər aparılan müalicənin onun səhhətinə çox böyük köməyi olduğunu dedi.

O bidirib ki, ötən ilin oktyabrında Lənkərandan hərbi xidmətə çağırılıb. 11 ay hərbi xidmət etdikdən sonra cəbhədə gedən döyüşlərdə ağır yaralanıb. Xəstəxanaya daha ağır vəziyyətdə gətirilən Elvin Əsgərov isə özü artıq sərbəst şəkildə yeriyə bilir.

Yaralıların vəziyyətinin getdikcə yaxşılaşdığını deyən əsgərlərin yaxınları da göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.

Sərxanın dayısı Mayıs Nəhmətov Sərxanın yaxşı olduğunu və bir- iki həftəyə Azərbaycana qayıdacaqlarını bildirdi. 

Yaralıları xəstəxanada Tükiyə parlamentinin sədri Cəmil Çiçək, indiki baş nazir Əhməd Davudoğlu və ölkə siyasətinin digər tanınmış simaları ziyarət edib. Ankarada yaşayan azərbaycanlı ailələr də yaralı əsgərlərə arasıra baş çəkir.