Əsgərlikdən yeni qayıdan gənc intihar etdi - Səbəbi bilinmir+ Yenilənib

esgerlikden-yeni-qayidan-genc-intihar-etdi
Oxunma sayı: 3267

Xızıda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qarabulaq kəndində əsgərlikdən yeni qayıdan 1998-ci il təvəllüdlü İsmayılov Səxavət Umud oğlu bu gün özünü asıb.

Hadisəyə ilkin səbəb kimi Səxavətin sevdiyi xalası qızının başqa şəxslə nişanlanması göstərilir.

Emin Kərimov

***

Səxavət İsmayılovun ailə üzvləri “Qafqazinfo” ilə əlaqə saxlayaraq gəncin sevdiyi qıza görə intihar etməsi ilə bağlı məlumatın doğru olmadığını, bu məsələnin də onlar üçün qaranlıq qaldığını bildiriblər.