Əsir düşən çavuşdan yeni xəbər

esir-dusen-cavusdan-yeni-xeber
Oxunma sayı: 662

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hərbçinin ermənilər tərəfindən əsir götürülməsi faktını təsdiqləyib.
Məmmədbağır Axundzadənin atası oğlunun geri qaytarılmasına yardım etmək üçün BQXK-nin Azərbaycan nümayəndəliyinə müraciət edəcək.
Bu barədə APA-ya əsirin atası Talıb Axundzadə bildirib. Onun sözlərinə görə, artıq bu məqsədlə Lənkərandan Bakıya gəlib və burada BQXK rəsmiləri ilə görüşəcək. BQXK nümayəndələrinin oğluna baş çəkdiyini eşitdiyini deyən T.Axundzadə bildirib ki, hələlik bununla bağlı ona rəsmi məlumat verilməyib: “Dövlət qurumları oğlumun geri qaytarılması üçün nə lazımdırsa, edirlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin də bu işdə öz yardımını göstərməsini xahiş edəcəyəm. Valideyn kimi hazırda çox pis vəziyyətdəyəm”.
Prezident İlham Əliyevin də yanvarın 26-da Davosda Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşü olub. Görüşdə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin rolu qeyd edilib.