“Əsir düşən əsgər Azərbaycana qayıtmaq istəmir”

esir-dusen-esger-azerbaycana-qayitmaq-istemir
Oxunma sayı: 688

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbər görə, bu sözləri müdafiə nazirinin mətbuat katibi Arçrun Ovannsiyan jurnalistlərə açıqlamasında deyib. Qazax sakini Telman Əliyevin bu gün girovluqdan azad olunması və Azərbaycana təhvil verilməsindən sonra açıqlama verən Ovannsiyan başqa əsir- Azərbaycan ordusunun əsgəri F.Fərəcovun üçüncü ölkəyə keçmək istədiyini əlavə edib:

“Hazırda Ermənistan tərəfində Azərbaycan Silahlı Qüvvələrində 4 ay xidmət edən hərbi qulluqçu Firuz Fərəcov var. O bildirib ki, üçüncü ölkəyə keçmək istəyir, belə ki, ölkəsinə qayıtmaq istəmir. Hazırda müvafiq prosedurlar aparılır”.

Xatırladaq ki, 1992-ci il təvəllüdlü Fariz Fərəcov iyulun 26-da saat 06:00 radələrində Ermənistan Azərbaycan sərhədinin şimal şərqində əsir düşüb.