Əsirlərin mübadiləsi baş tutub - Ukraynada

Əsirlərin mübadiləsi baş tutub
Oxunma sayı: 2204

Ukrayna hökuməti ilə qondarma Donetsk və Luqansk Xalq Respublikaları arasında əsirlərin mübadiləsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Unian” agentliyi məlumat yayıb.

Məlumata əsasən, əsirlərin mübadiləsi Qorlovka qəsəbəsi yaxınlığında həyata keçirilib. 233 separatçı ilə 73 ukraynalı dəyişdirilib. Azad edilənlərdən 41-i mülki vətəndaş, 32-i isə hərbçidir.

Prezident Petro Poroşenko azad edilmiş əsirlərlə birgə Xarkova yollanıb. Daha sonra isə onlar təyyarə ilə Kiyevin “Borispol” hava limanına gəliblər. Burada əsirləri yaxınları və digər vətəndaşlar qarşılayıb.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi