Əsirlikdən buraxılan erməni anasına zəng vurub

esirlikden-buraxilan-ermeni-anasina-zeng-vurub
Oxunma sayı: 1480


“Qafqazinfo” xəbər verir ki,  “Azadlıq” radiosu ilə müsahibəsində İnciqulyanın anası Qayane demişdi ki, telefonla danışığından hiss olnurdu ki, əsirlikdən qurtarmış oğlunun əhval-ruhiyyəsi yüksəkdir. Hal-hazırda doğmalarından heç kimin Akopun harada olması barədə dəqiq məlumatı yoxdu. Amma mənimlə danışarkən sadəcə onu dedi ki, “mən çox yaxşıyam, sağlığım yerindədi, narahat olmayın hər şey normaldı”.

Amma Akop İnciqulyanın Ermənistana qayıtması barədə hələlik ailəsi heç nə bilmir. Onunla qısa müddətli telefon danışığı zamanı da bu barədə heç nə demıyib. Anası dyir ki, bu sonrakı məsələdi, əsas odu ki, oğlu sağ-salamatdı və Azərbaycanda deyil.

İnciqulyanın üçüncü ölkəyə avqustun 26 dəyişdirilmcəyi barədə ilk məlumatı onun qardaşı Harutyuna Qırmızı xaç cəmiyyəti tərəfindən verilib və məsləhət verilib ki, ailəsi ilə birlikdə yaxın günlərdə onun telefon zəngini gözləsinlər.

Ermənistan Müdafiə Nazirliyi artıq erməni əsirinin üçüncü ölkəyə dəyişdirilməsi xəbərini xoş xəbər kimi qiymətlədirərək Akopun tezliklə Ermənistana qayıdacağına əmin olduqlarını bildirimişdi.

Uzun illərdir ki, əsirlərin işi ilə məşğul olan ictimai təşkilatın rəhbəri Larisa Alaverdyan isə bildirib ki, indiyəcən üçüncü ölkəyə dəyişdirilən hər hansı bir əsirin öz vətəninə qayıtmasına rast gəlməyib. Onun sözlərinə görə beynəlxalq praktikada belə bir qanun var ki, əsirin hansı ölkədə olması barədə məlumat gizli saxlanılır. Hər halda İnciqulyanın üçüncü ölkəyə dəyişdirilməsini yüksək qiymətləndirilməlidi.

İsmayıl Tanrıverdi