“Eşkiya”nın qəhrəmanı Bakıya gəlir - Fotolar

eskiyanin-qehremani-bakiya-gelir
Oxunma sayı: 2186

Türkiyənin məşhur aktyoru Levent Özdilek Azərbaycana gəlir. “Qafqazinfo” xəbər verir ki, “Eşkiya dünyaya hükümdar olmaz” serialının “Pudra Hakkı”sı mayın 4-ü Bakıya təşrif buyuracaq. 

Aktyor ATV kanalında yayımlanan “Məlahətli söhbətlər” verilişində iştirak edəcək .

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yayımlanan proqramı əməkdar artist Məlahət Abbasova aparır.

Verilişdə Türkiyə və Azərbaycanın ən populyar simaları iştirak edir. “Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.