“Əslində 2018-ci ildə yaşayırıq” - Roma Papası

eslinde-2018-ci-ilde-yasayiriq-roma-papasi
Oxunma sayı: 651

“Qafqazinfo”nun məlumatına görə, Papa hazırda yaşadığımız 2012-ci ilin həqiqi olmama ehtimalının yüksək olduğunu qeyd edib: “Vatikan Həzrəti İsanın doğum tarixini araşdırır. Həzrəti İsanın doğum günü kimi qəbul edilən 25 dekabr həqiqi olmaya bilər. Hazırda yaşadığımız ilin əslində 2012 olmama ehtimalı yüksəkdir”.

Papanın sözlərinə görə, İsanın bugünə qədər məlum olan doğum tarixi düzgün hesablanmayıb. “İsanın uşaqları” adlı əsəri Fransada satışa çıxan Roma Papası İsanın məlum tarixdən 6-7 il əvvəl doğulduğunu iddia edir.

Papa bu hesablamaları astronom Cohannes Keplerin hesablamaları əsasında edib. Benediktin iddiasına görə, hazırda 2018 və ya 2019-cu ildə yaşayırıq.