“Əslində canlı yayımı qəbul etməyi düşünmürdüm” - Yıldırım

“Əslində canlı yayımı qəbul etməyi düşünmürdüm”
Oxunma sayı: 1263

Xəbər verdiyimiz kimi, iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizəd Binəli Yıldırım canlı efir vasitəsi ilə bir sıra açıqlamalar verib. 

“Qafqazinfo”nun məlumatına görə, o, “Binəli Yıldırım Əkrəm İmamoğlu ilə ortaq canlı yayımı qəbul etməsəydi, olmazdı ki?” sualını belə cavablandırıb:

“Əslində əvvəlcə qəbul etməyi düşünmürdüm. Bunu həddindən artıq gündəmə gətirdilər. “Qorxdu? Niyə belə edir” başlıqlı xəbərlər tirajlandıqca mən də dostumuzun həvəsini qursağında qoymaq istəmədim. Uğur Dündarın aparıcı olmasını mən təklif etdim. Həm ortaq canlı yayım istəyirlər, həm də yayımın keçiriləcəyi KİV-də tərəddüd edirlər. Təki bəhanələri qalmasın. Bütün bəhanələri əllərindən almalıydım. Meydan oxudum: “Kim istəyirsə, gəlsin” dedim”.

Qeyd edək ki, İmamoğlu ilə Yıldırım iyunun 16-da canlı yayımda görüşəcəklər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi