“Eşqimə, sevdama geri dönürəm” - Ərdoğan 979 gün sonra

“Eşqimə, sevdama geri dönürəm”
Oxunma sayı: 1270

Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə Türkiyə prezidenti seçildikdən sonra sıralarından çıxdığı AK partiyaya yenidən üzv olub.

“Qafqazinfo” xəbər verir ki, təməli aprelin 16-da keçirilən referendumda qoyulan konstitusiya dəyişikliyinə uyğun olaraq Türkiyə bu gündən etibarən partiyalı prezident tərəfindən idarə ediləcək. 

Partiya binasında təntənəli şəkildə təşkil edilən mərasimdə Ərdoğan üzvlük bəyannaməsini imzalayıb. İmzalama mərasimində baş nazir Binəli Yıldırım göz yaşlarını saxlaya bilməyib.

Prezident isə AK partiyaya dönüşünü “yuvama, eşqimə, sevdama geri dönürəm” sözləri ilə ifadə edib. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi