“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi
Məlik Aslanov küçəsi döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla
eyni məhəllədə yaşayan qohumu - bacanağının qardaşı 28 yaşlı Elşən Ələkbərovu
qətlə yetirməkdə şübhəli bilinir. Hadisə isə adi mübahisə üstündə baş verib.
Elşən Ələkbərovun evdə yüksək səslə musiqi
dinləməsi Rüstəmin xoşuna gələyib. Buna iradını bildirən Rüstəmə isə Elşən
müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib.
Qohumlar arasında mübahisə də bundan sonra baş verib.
Saxlanılan Rüstəm Həsənovu hadisəni belə danışır:
“Həyətdən keçəndə dedi pəncərəni bağla. Dedim adam kimi de, dedi ki, eşşək
özünsən”.
Mərhumun onu kürəklə vurduğunu iddia edən Rüstəm
Həsənov bundan sonra onu bıçaqladığını deyir.
Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışovun sözlərinə
görə, hadisə ilə bağli Rüstəm Həsənov barəsində Binəqədi rayon prokurorluğunda
cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi
başlanalıb. Etdiyi cinayətdən peşman olduğunu bildirən Rüstəm Həsənovun
cinayəti sübuta yetirilsə o uzun illər azadlığı ilə vidalaşmalı olacaq.