“Estafeti Azərbaycana ötürmüşük”- - Dağıstan prezidenti

estafeti-azerbaycana-oturmusuk-
Oxunma sayı: 1136




“Qafqazinfo”nun məlumatına görə, Sərhəd Xidməti zabitlərinin Dağıstanın sərhədyanı rayonlarının Azərbaycanın və Gürcüstanın sərhədyanı rayonları ilə iqtisadi münasibətləri barədə suallarını cavablandıran R.Abdulatipov bildirib ki, hazırda Azərbaycanla bir neçə müştərək proqram və layihə həyata keçirilir. Dağıstan Respublikasının başçısı deyib: “Mən respublika rəhbərliyinə gələndə Dağıstanın Azərbaycan və Gürcüstanla heç bir iqtisadi və mədəni layihəsi yox idi. İndi Azərbaycanla birgə bir neçə proqram və layihə həyata keçirilir, o cümlədən Dərbənd yaxınlığında zavodlar, Dərbənddə idman mərkəzi tikilir aparılır. Bu il biz estafeti Azərbaycana ötürmüşük: gələn il mədəniyyət-investisiya forumu Azərbaycanda keçiriləcək. Son illərin bütün faciələrinə və Gürcüstan rəhbərliyinin mövqeyinə baxmayaraq, biz Gürcüstanla münasibətlərimizi fəallaşdırmalıyıq. Biz burada müvafiq yanaşmalar axtarır, Xarici İşlər Nazirliyi ilə məsləhətləşirik”.